Efiopiyanın hakim partiyası parlament seçkilərində qalib gəlib

Efiopiyada Baş nazir Abiy Əhmədin rəhbərlik etdiyi hakim “Firavanlıq” partiyası 21 iyunda keçirilən ümumi seçkilərdə federal parlamentin aşağı palatasında yerlərin böyük əksəriyyətini qazanıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Efiopiya Milli seçki şurası rəhbərinin müavini Vubşet Ayele bildirib.

“Firavanlıq” partiyası 40-dan çox partiya və dərnək təmsilçisinin mübarizə apardığı 436-dan 410 yer əldə edib. Nəticədə 2018-ci ildə Efiopiyada hakimiyyətə gələn 44 yaşlı Abiy Əhməd daha bir müddət hükumət başçısı vəzifəsini icra edəcək.

Teqlər: