Efiopiyalı atlet yeni dünya rekordu qırdı

Efiopiyalı atlet yeni dünya rekordu qırdı

Efiopiyalı atlet Qudaf Tseqay Brilyant Liqasının finalında 5000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib. Müsabiqə Yucin şəhərində (Oreqon, ABŞ) keçirilir.

AzerTimes xəbər verir ki, Tseqay sözügedən məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək Brilyant Liqasının qalibi olub. Bundan əvvəlki dünya rekordu keniyalı Feyt Kipyeqona (14 dəqiqə 5,20 saniyə) məxsus olub və bu il iyunun 9-da qeydə alınıb.

Qeyd edə ki, Tseqayın 26 yaşı var. O, 5000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il idmançı 10 000 metr, keçən il 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub. Efiopiyalı 1500 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2019) mükafatçısıdır.

Teqlər: