Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, torpaq sürüşməsi Qeze-Qofa bölgəsində baş verib.
Qeyd edilir ki, hazırda ölkədə yağışlı mövsüm hökm sürür və bu da mütəmadi olaraq ölkədə torpaq sürüşmələrinə səbəb olur.