ƏƏSMN vətəndaşlara müraciət etdi

Martın 20-27-si aralığında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin alt-sistemlərinə giriş məhdudlaşdırılacaq.

Trend xəbər
verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat
yayılıb.

Bildirilir ki, ƏƏSMN-nin mövcud informasiya texnologiyaları
infrastrukturunun 20-27 mart tarixlərində “AzInTelecom” MMC-nin
“Hökumət buludu”na keçidi ilə əlaqədar Nazirliyin e-informasiya
sistemlərində (altsistemlər, elektron xidmətlər, internet, lokal
şəbəkə və s.) həmin tarixdə məhdudiyyət olacaq.

Keçid prosesi təmin olunduqdan sonra məhdudiyyət aradan
qalxacaq.

Teqlər: