Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin fəaliyyət sahələri üzrə 193 086 elektron arayış
verilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, son illərdə
əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s.
sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış
növü istifadəyə verilib.
Bu e-xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair,
pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət
tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və
s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.
Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya
bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar
tərəfindən ilin birinci rübündə nazirliyin informasiya bazalarına
edilən sorğuların sayı 55 446 674 olub.