Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə üzən ticarət gəmisi raketlə vurulub.
AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında deyilib ki, gəminin göyərtəsində yanğın baş verib, lakin zərbə nəticəsində ekipaj üzvlərindən heç kəs xəsarət almayıb.