Xəbər - Orxan Nəbiyev – Trend:
Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatın laureatı açıqlanıb.
Trend-in məlumatına görə, bu il mükafatı tanzaniyalı yazıçı Əbdülrazak Qurna əldə edib.
Yazıçı “Zəvvarın yolu”, “Cənnət”, “Sonuncu hədiyyə” və digər əsərlərin müəllifidir.
Qeyd edək ki, bu il amerikalı fizioloq Devid Culius tibb və fiziologiya üzrə, yaponiyalı meteoroloq və iqlimşünas Syukuri Manabe, almaniyalı okeanoqraf Klaus Hasselmann, italiyalı fizik Corco Parizi fizika, almaniyalı kimyaçı Benyamin List və amerikalı kimyaçı Devid MakMillan kimya üzrə mükafatı əldə edib.
Nobel həftəsi çərçivəsində oktyabrın 8-də sülh, oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.
Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.