Edama qarşı aksiya keçirən tələbə qızlar oğurlandı

Edama qarşı aksiya keçirən tələbə qızlar oğurlandı

İranın Sənəndəc şəhərindəki Qızlar Texniki Kollecinin tələbələri Möhsün Şikarinin edamına etiraz olaraq keçirdikləri aksiyadan sonra qaçırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şurası məlumat yayıb. Məlumatda təhlükəsizlik qüvvələrinin həbs qərarı təqdim etmədən kollecin 5 tələbəsini küçədə oğurladığı bildirilir.

“Tələbələrin oğurlanması 10-14 dekabrda baş verib. İlk olaraq kollecin tələbələrindən olan Bita Visi etiraz aksiyasından sonra qaçırılıb. Tina Xodri, Səna Xudamuradi, Rizvan Bazani Qala və Haniyə Çaharduli adlı daha dörd tələbə isə təhlükəsizlik qüvvələri tərəfindən Sənəndəc Qızlar Texnikumunun yataqxanasının giriş qapısı qarşısından aparılıb”.

Tələbə qızları hansı təhlükəsizlik orqanının apardığı, harada və hansı şəraitdə saxlanıldığına dair məlumat yoxdur.

Teqlər: