Əcnəbilər kütləvi şəkildə Ermənistandakı əmlaklarını satırlar – STATİSTİKA

Xəbər - Asif Mehman -Trend:

Statistik məlumatlara görə ötən illərlə müqayisədə əcnəbilər kütləvi şəkildə Ermənistandakı əmlaklarından qurtulmağa çalışırlar.

AzerTimes-ın məlumatına görə, Ermənistandakı qeyri-sabit siyasi-iqtisadi vəziyyət əcnəbilərin ölkədən getməsinə gətirib çıxarıb. Ermənistanın əmlak alqı-satqısı üzrə statistik göstəricilərinə əsasən ötən il əcnəbilərin Ermənistandakı əmlaklarını satması əvəlki illərlə müqayisə 2-3 dəfədən çox artıb.

Belə ki, 2021-ci ildə Ermənistanda əcnəbilər tərəfindən 4 742 əmlak alqı-satqısı olub. 1587 daşınmaz əmlak alınıb, 3155 isə satılıb. Yəni əcnəbilər Ermənistanda aldıqları əmlakdan 2 dəfə çoxunu satıblar. Bu da artıq Ermənistandakı əcnəbilərin ölkəyə etibarının itdiyinin və tezliklə ölkəni tərk etmək istəməsinin göstəricisidir.

Ermənistanın kənd təsərrüfatına yatırım edən əcnəbilər də artıq ölkədən getməyə çalışırlar. 2021-ci il ərzində Ermənistanda xarici ölkə vətəndaşları tərəfindən kənd təsərrüfatına yararlı 5 torpaq sahəsi alınıb. Qarşılığında isə 516 bu tipli torpaq sahəsi əcnəbilər tərəfindən satılıb. Yəni artıq xarici vətəndaşların Ermənistan kənd təsərrüfatı torpaqlarına marağı kəskin azalıb.

Digər bir önəmli məqam isə odur ki, xarici vətəndaşlar Ermənistanda olan şəxsi mənzillərini satırlar. Bu isə əcnəbilərin kütləvi şəkildə Ermənistanı tərk etmək istəməsi ilə əlaqəlidir. 2021-ci ildə əcnəbilər tərəfindən 1279 mənzili satılıb.Müqayisə üçün bu rəqəm 2020-ci ildə 600 mənzil civarında idi.

Ermənistanda əmlaklarını satan əcnəbilər arasında Rusiya vətəndaşaları isə daha çoxdur. Rusiya vətəndaşları tərəfindən Ermənistanda 1627 mənzil satılıb və əvəzində cəmi 560 mənzil alınıb. Görünən odur ki, Rusiya vətəndaşları Ermənistandakı daşınmaz əmlaklarından tez bir zamanda qurtulmağa çalışırlar.

Qeyd edək ki, Ermənistandakı rusiya vətəndaşlarının əksəriyyətini heç də ruslar deyil, onların əksəriyyəti Rusiya vətəndaşlığı almış ermənilərdir.

Məsələ isə sadədir. bu rəqəmlər onu deməyə əsas verir ki, Ermənistandakı erməni Rusiya vətəndaşlığı alır (Ya da çox əvvəl vətəndaşlıq alıb), daşınmaz əmlakını satır və Ermənistanı tərk edir. Əksinə daha əvvəllər Ermənistanda əmlak, mənzil almaqda maraqlı olan xaricdə yaşayan ermənilər artıq bunu istəmirlər. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yaranmış çətin vəziyyət onların marağının azalmasına səbəb olub.

Son günlərdə isə Ermənistan mətbuatında “türklər Ermənistanda daşınmaz əmlak alır” başlıqlı məlumatlar yayılıb. Türkiyə vətəndaşlarının isə Ermənistanda nə qədər mənzil alması ilə bağlı dəqiq statistik rəqəmlər yoxdur. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan isə bildirib ki, 2021-ci il istisna olmaqla Ermənistan iqtisadiyyatı həmişə Türkiyəyə açıq olub və həmişə Türkiyə şirkətlərinin Ermənistanda daşınmaz əmlak alması halı olub.

Əmlak ekspertləri isə qeyd edir ki, bu daha çox durğunluq yaşayan Ermənistan əmlak bazarını canlandırmaq üçün yayılan xəbərlərdir. Bu xəbərlər vasitəsilə digər əcnəbilərdə Ermənistanda daşınmaz əmlak almağa maraq yaratmaq istəyirlər.

Teqlər: