Ermənistan polisi Eçmiədzində silah və sursat gəzdirməkdə şübhəli bilinən altı nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) xəbər yayıb.
Məlumata görə, baş nazir Nikol Paşinyan Eçmiədzinə səfər edəcək, sakinlərlə görüşəcək. Həmçinin o, yerli məktəblərin birinə baş çəkməyi planlaşdırır.
Bundan əvvəl Ermənistan mediasında xəbər yayılmışdı ki, polis sözügedən məktəbin önündə hökumət başçısını “qarşılamaq istəyən” aksiyaçıları saxlayıb. DİN bu xəbərdən sonra saxlanılan şəxslər barədə məlumat yayıb