Əbu-Dabinin vəliəhdi Prezident İlham Əliyevə zəng edib

Martın 22-də Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri
Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin
Zayed Əl Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri
arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu,
xüsusilə iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi
aparıldı.

Söhbət əsnasında tərəflər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”
şirkətinin sərmayəsi ilə Azərbaycanda bu yaxınlarda əsası qoyulmuş
230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi ilə
bağlı bir-birini təbrik etdilər.

Məhəmməd bin Zayed Əl Nahyan BƏƏ-nin bərpaolunun enerji
sahəsində Azərbaycan ilə strateji əməkdaşlığı inkişaf etdirmək və
təqdim olunan layihələri dəstəkləməkdə maraqlı olduğunu ifadə

etdi.

Dövlətimizin başçısı bərpaolunan enerji sahəsində ölkəmizin
böyük potensialının olduğunu qeyd edərək “Masdar” şirkətinin
sərmayəsi ilə tikilməkdə olan 230 MVt gücündə Qaradağ Günəş

Elektrik Stansiyasının əhəmiyyətini vurğuladı.

Söhbət zamanı, həmçinin Ukraynada baş verən hadisələr fonunda
dünya enerji bazarında sabitliyin təmin olunması, beynəlxalq və
regional gündəliyə aid olan və qarşılıqlı maraq

doğuran məsələlər barəsində fikir mübadiləsi aparıldı.

Teqlər: