

Türkiyənin məşhur sənətçisi Əbru Gündəş qızı Alaranın gələcəyini təmin etmək üçün böyük sərmayə yatırıb.
AzerTimes Milli.az-a istinadən xəbər verir ki, Əbru Gündəşin uzun müddətdir tikdirdiyi əkiz malikanələr indi 13 yaşlı Alaranın adına keçib. Boğaziçi mənzərəli və 250 milyon lirə dəyərində olan bu mülk artıq gənc Alaranın mülkiyyətindədir.
Məlumata görə, Əbru Gündəş hazırda Dubayda yaşayır, lakin Türkiyəyə səfərləri zamanı Acarkentdəki lüks villasını kirayələyir. Bu villanın aylıq kirayə haqqı 17 min dollar (təxminən 535 min TL) təşkil edir.
Alaranın gələcəkdə bu sərvəti necə idarə edəcəyi isə maraq doğurur.