E-sosial.az portalının qeydiyyatdan keçmiş aktiv istifadəçi sayı 1,1 milyona yaxındır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az
portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda
davam edir və hazırda bu say 1 milyon 100 minə yaxındır.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, 2019-cu ildən istifadəyə verilən portal ölkənin
sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün
sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı,
sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi
izləyə bilir və yaranan sosial-əmək hüquqlarının təminatına ictimai
nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən
bu portala ötən il 10 milyon, bu ilin əvvəlindən 2 milyon 117 min
müraciət qeydə alınıb.

Teqlər: