DYP rəisinin düşdüyü qəza ilə bağlı cinayət işi açılıb

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət
işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bildirilib ki,
faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məclləsinin
263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq
aparılır.

Belə ki, Novruz Orucovun idarə etdiyi “Mercedes” və İlqar
Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb,
digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, hadisə martın 13-ü saat 14 radələrində Füzuli
şəhəri ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobili
idarən edən İ.Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP)
Bölməsinin rəisidir.

Teqlər: