DYP hərəkət iştirakçılarına müraciət etdi

DYP hərəkət iştirakçılarına müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) hərəkət iştirakçılarına müraciət edib.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli AzerTimes-a açıqlamasında deyib ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalır, əsasən də çoxları üçün məzuniyyət dönəmimin bitməsi paytaxt ərazisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses daha da intensivləşir:

“Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik”.

“Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!”, – DYP rəsmisi vurğulayıb.

Teqlər: