DYP-də generallar müşavirə keçirdi: tapşırıqlar verildi

DYP-də generallar müşavirə keçirdi: tapşırıqlar verildi

Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oktay Kərimovun və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun iştirakı ilə cari ilin 6 ayı ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində görülən işlərin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə AzerTimes-a İdarədən məlumat verilib.

Belə ki, müşavirədə növbəti 6 ay ərzində görüləcək işlər barədə danışılıb və xidmət rəhbərlərinin qarşısında müvafiq tapşırıqlar qoyulub.

Teqlər: