Lənkəranda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.
AzerTimes Unikal-a istinadən xəbər verir ki, YPX avtomobili kanala düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, hadisə xidməti avtomobil hərəkətdə olarkən yaranmış texniki nasazlıq səbəbindən baş verib:
“Hadisə nəticəsində heç kim xəsarət almayıb, o cümlədən nəqliyyat vasitəsinə hər hansı zərər dəyməyib”.