Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının yerləşdiyi Gəncə prospektində hərəkət tam nəzarətdədir və yol nizamlanır.
Bu barədə AzerTimes-a Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Qeyd edək ki, dekabrın 6-da DSX-nin Akademiyasının əsas korpusunda yanğın baş verib. Yanğın qısa zamanda söndürülüb. DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə gəlib.