Duz zavodunun tikintisinin ləğv edilməsi xəbərindən sonra Güney Azərbaycanın Salmas şəhərinin Qaraqışlaq kəndinin əhalisi sevinclərini oynayaraq büruzə veriblər.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Yerli sakinlərin davamlı mübarizəsi zavod sahibini geri çəkilməyə məcbur edib.
Xatırladaq ki, bir müddət öncə güneylilər ərazidə duz emalı zavodunun açılmasına etiraz edərək, bu zavodun onların Marağadakı “Kaveh Soda” fabriki kimi əkin sahələrini məhv edəcəyini bildirirdilər.