İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalar aparır.
Xidmətdən AzerTimes-a verilən məlumata görə, araşdırma zamanı
“Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən
antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq
həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet
səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.)
yerləşdirilib.