Düşünürük ki, ABŞ qondarma “erməni soyqırımı”nı tanımayacaq – Çavuşoğlu

Xəbər - Orxan Nəbiyev – Trend:

Keçmişdə də ABŞ prezidentləri qondarma “erməni soyqırımı” məsələsinə toxunub.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə mətbuatına müsahibəsində deyib.

O bildirib ki, ABŞ beynəlxalq hüququ diqqətə alsa, bu “soyqırım”ı tanımaq qərarını verməz:

“Düşünürük ki, aprelin 24-də ABŞ belə bir qərar verməyəcək. Ən pis halda, tanıdığını fərz etsək, bir siyasətçinin sözləri ilə bu məsələ həll olunmur. BMT 1948-ci ildə bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirib”.

Teqlər: