Ukraynanın bu döyüşdə qalib gələ biləcəyini düşünmək böyük səhvdir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin çıxış edib.
“Bu, tamamilə səhv strateji hesablamadır. Rusiya və Ukraynanın potensialı müqayisəedilməzdir. Hazırda Ukrayna demək olar ki, uğursuz dövlətdir”, – səfir deyib.
Onun sözlərinə görə, Ukrayna indi yalnız Qərbin ianələri və silahları sayəsində yaşayır.