Qərb Rusiya ərazilərində və onun zəngin resurslarında maraqlıdır, onun nümayəndələri münaqişə zonasında ukraynalıların və rusların itkilərinə biganədirlər.
AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Prva” telekanalının efirində deyib.
“Heç kim Çinin təklif etdiyi dərhal atəşkəs planını istəmir. Hər kəs qarşı tərəfin itirməsini istəyir. Qərb, nə qədər ki, qərblilər ölmür və yaxud yalnız könüllülər ölür, ukraynalının ölməsindən narahat deyil”.
O, Skansinaviyalıların düşüncəsini misal gətirib və bildirib ki, onlara görə, Rusiya bu qədər ərazi və sərvətə layiq deyil, ora bütün dünyanın mülküdür.