Düşmənlərin və bədxahların bütün cəhdlərinə baxmayaraq, Rusiyada təhlükəsizlik və daxili siyasi sabitlik, ölkənin inkişafı üçün şərait və onun gələcəyi etibarlı şəkildə təmin ediləcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə deyib.
Putin həmçinin, cəbhə xəttindəki vəziyyətdən də söz açıb:
“Rusiya hərbçiləri təşəbbüsü inamla saxlayır və addım-addım cəsarət və qəhrəmanlıq nümayiş etdirərək, onlara tapşırılan döyüş tapşırıqlarının həllinə nail olur”.