Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin son 24 saat ərzində Kursk istiqamətində ərazinin dərinliklərinə keçmək cəhdlərinin qarşısını alır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Şimal” qoşun qrupunun bölmələri Rusiya FTX ilə birlikdə Kursk vilayətinin Sucenski və Korenevski rayonlarında Ukrayna Silahlı Qüvvələrinin silahlı birləşmələrini məhv etməkdə davam edir.
Ukrayna Silahlı Qüvvələrinin müəyyən edilmiş canlı qüvvəsi və texnikasına qarşı atəş zərbələri endirilir:
“Gün ərzində dövlət sərhədini qoruyan bölmələr, sərhədçilər, gücləndirici birləşmələr və gələn ehtiyatlarla birlikdə aviasiya zərbələri, raket qoşunları və artilleriya atəşi nəticəsində düşmənin irəliləyişinin qarşısı alınıb”.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kurska hücum edib və 11 kəndi nəzarətə götürüb.