Düşmən mediasına qarşı hücuma keçməliyik – İran

Düşmən mediasına qarşı hücuma keçməliyik – İran

Xaricdə fəaliyyət göstərən müxalifət mediasına qarşı hücum siyasəti yürütməliyik.

AzerTimes xəbər verir ki, bunu İran mediasına müsahibəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif deyib.

“Media fəaliyyətlərimizi gücləndirməklə düşmənin media fəaliyyətinə qarşı çalışmalı, həm də hücuma keçməliyik”,- Şərif bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib xaricdə fəaliyyət göstərən müxalifət mediasını təhdid edib.

Teqlər: