Dünyada vəziyyət Karib böhranından daha dərindir, Qərb qətiyyətlə münaqişənin kəskinləşməsinə doğru gedir, Kiyevi silahla təchiz edir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.
“Bəşəriyyət II Dünya müharibəsinin bitməsindən sonra bəlkə də ən çətin mərhələni yaşayır. Gərginlik baxımından, məncə, 1962-ci ildəki Karib böhranını belə ötüb keçmişik. Və bunun məsuliyyəti yalnız ABŞ və onun müttəfiqlərinin üzərinə düşür”, – Şura sədri söyləyib.
Onun sözlərinə görə, Rusiyanın əsas düşməni heç də Kiyev rejimi deyil, bu münaqişəni diqqətlə hazırlayan ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdir.