Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələrinin “sülhməramlı” kontingentin müşayiəti ilə kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğuları quraşdırması müşahidə edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ordu.az görüntülər yayıb.
Qeyd edək ki, sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.