Durovun pasportları əlindən alındı

Durovun pasportları əlindən alındı

Paris məhkəməsi Teleqramın təsisçisi Pavel Durovun bütün pasportlarını götürüb.

AzerTimes TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Paris və Nitsanın vəkillər kollegiyasının üzvü İrina Sidorova açıqlayıb.

“Durovun üzərində olan bütün pasportlar istintaq fəaliyyətləri dövrü üçün götürülüb. Bu isə o deməkdir ki, sahibkar hava, dəniz və yaxud quru yolu ilə Fransanı tərk edə bilməz”, – deyə Sidorova qeyd edib.

Teqlər: