Duracaqda 22 maşın külə döndü – Video

Duracaqda 22 maşın külə döndü – Video

Rusiyanın Primorski diyarının Vladivostok şəhərində avtomobil duracağında 22 avtomobil yanıb.

AzerTimes xəbər verir ki, bu barədə regionun prokurorluğunun mətbuat xidməti bildirib.

“Vladivostok şəhərinin Pervomayski rayonu prokurorluğu 22 avtomobilin yandırılması halının araşdırılmasını nəzarətə götürüb”, – məlumatda qeyd olunub.

Vurğulanıb ki, martın 24-də gecə saatlarında naməlum şəxs avtomobilə od vurub. Sonradan alov duracaqdakı 22 avtomobili əhatə edib.

Prokurorluq nəqliyyat vasitələrinin yanıb kül olduğunu vurğulayıb.

Faktla bağlı RF CM-nin 167-ci maddəsinin 2-ci hissəsi (xuliqanlıq niyyəti ilə, yandırma yolu ilə, əhəmiyyətli zərər vurmaqla əmlakın qəsdən məhv edilməsi) üzrə cinayət işi açılıb.

Teqlər: