Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda bələdiyyə ərazisində duracaq və parklanma yerlərinə
görə ödənişlərlə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək.
AzerTimes-ın xəbərinə
görə, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın illik məruzəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, bələdiyyə ərazisində mehmanxana,
sanatoriya-kurort və turizm xidmətləri üçün, habelə duracaq və
parklanma yerlərinə görə ödənişlərin daha da səmərəli
differensiallaşdırılması üçün onların məbləğinin faizlə
hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklər olunacaq.