Duqinin qızına sanksiya tətbiq edildi

Duqinin qızına sanksiya tətbiq edildi

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 7 fiziki və hüquqi şəxsin adını siyahıya daxil edib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında deyilir.

Sanksiya tətbiq edilənlər sırasında rusiyalı filosof və politoloq Aleksandr Duqinin qızı Darya Duqin, həmçinin Yevgeniya Qlotova, Mixail Sinelin və digərləri var.

Qeyd edək ki, qara siyahıya düşən şəxslər dezinformasiya yaymaqda ittiham edilir.

Teqlər: