Rusiyalı müstəntiqlər hesab edir ki, Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobil uzaqdan idarəetmə ilə partladılıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“Müəyyən edilib ki, Duqinanın avtomobilindəki bomba uzaqdan işə salınıb. Ehtimal olunur ki, avtomobilə və onun hərəkətinə nəzarət edilib. Duqinanın getdiyi avtomobili şəxsi telefonları olan insanlar izləyib. İstintaq avtomobildəki partlayıcı qurğunun bu telefonlardan birindən gələn zəngdən sonra işə düşməsi versiyasını nəzərdən keçirir”, – məlumatda deyilib.