Rusiyanın düşmənləri onu amansızca və hiyləgərcəsinə öldürdülər.
AzerTimes xəbər verir ki, bunu rusiyalı ictimai xadim Aleksandr Duqin qızı Daria Duqinanın ölümü ilə bağlı Konstantin Malofeyevə məxsus “Çarqrad” kanalındakı müraciətində deyib.
“Hamınıza məlum olduğu kimi, faşist Ukrayna rejiminin həyata keçirdiyi terror aktı nəticəsində avqustun 20-də Moskva yaxınlığındakı “Ənənə” festivalından qayıdarkən qızım Darya Duqina gözümün qabağında partlayış nəticəsində vəhşicəsinə qətlə yetirildi. O, gözəl pravoslav qızı, vətənpərvər, hərbi müxbir, mərkəzi kanallar üzrə ekspert və filosof idi. Onun çıxışları və reportajları həmişə dərin, əsaslı və təmkinli olub. O, heç vaxt zorakılığa və müharibəyə çağırmayıb. O, öz yolunun başlanğıcında yüksələn bir ulduz idi. Rusiyanın düşmənləri onu hiyləgərcəsinə öldürdülər”, – Duqin bildirib.