Əgər ABŞ Konqresi Ukrayna və İsrailə maliyyə yardımı göstərilməsi haqqında qanun layihəsini təsdiq etməsə, o zaman deyə bilərik ki, Vaşinqtonun köməyinə ümid etmək olmaz.
AzerTimes xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ABŞ Konqresi Nümayəndələr Palatası qanun layihəsini təsdiqləməlidir:
“Düşünürəm ki, bu, dünyaya güclü siqnal göndərir və ola bilsin, bəzi Konqres üzvləri prezident Baydenin nümayiş etdirdiyi Amerika liderliyini beynəlxalq arenada nümayiş etdirmək istəmirlər”, – Kirbi bildirib.