Dünyasını dəyişən sabiq icra başçısı xəstəxanaya ağır vəziyyətdə daxil olub – Xəstəxanadan açıqlama

Xəbər - Samir Əli – Trend:

Ağstafa rayonunun həbsdə olan sabiq icra başçısının xəstəlik diaqnozu məlum olub.

Gəncə modul tipli xəstəxanadan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, Nizaməddin Məhəmməd oğlu Quliyev Gəncə modul tipli xəstəxanasına 07.09.2021 tarixində ağır vəziyyətdə hər iki agciyərin 55-65% buzlu şüşəsi diaqnozu ilə daxil olmub.

Aparılan müalicə tədbirlərinə baxmayaraq o 08.09.2021 tarixində Hər iki agciyərin viral pnevmoniyası tromboemboliya diaqnozu ilə vəfat edib.

Teqlər: