Dünyanın sonunun yeni tarixi açıqlandı. Yeni tarixi amerikalı alimlər açıqlayıblar. Oktyabr ayının 12-də dünya fəlakətlə üzləşəcək. Yerə yaxınlaşan səma cismi bütün canlıları məhv edəcək.
Yeri gəlmişkən, NASA bu günlərdə son 400 ildə dünyaya ən yaxın məsafədən keçəcək asteroidin videosunu yayıb.
Maraqlısı odur ki, bu amerikalı alimlərin adları açıqlanmır. Amma bu ssenari elm xadimi Devid Midanın nəzəriyyəsi ilə bənzərdir. “Zəlzələlər kəskin artıb, ildırımlar çoxalır və s”.
Yerə fəlakət gətirəcək cismin adı “2012 ТС 4″dür. Yerlə toqquşandan sonra sunamilər olacaq, atmosfer qatı dağılacaq, bütün canlılar məhv olacaq.
Qeyd edək ki, dnüyanın sonu ilə bağlı ən məşhur proqnoz Mayyalılara aid idi. Bu proqnoza əsasən, yerin 2012-ci ilin dekabr ayının 21-də məhv olacağı iddia edilirdi. Son illər ərzində isə astreoidlə toqquşma nəticəsində fəlakətin yaşanacağı ilə bağlı proqnozlar dəfələrlə səslənib.
(İnna lillahi və inna iləyhi raciun – Allahdan gəldik, Ona da qayıdacağıq !)