Sinqapurda keçirilən Şanqri-La Dialoq Təhlükəsizlik Sammiti çərçivəsində dünyanın 20-yə yaxın yüksək səviyyəli kəşfiyyat orqanının yüksək vəzifəli məmurları gizli görüş keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb.
Agentlik bildirib ki, Sinqapur hökuməti hər il bu cür görüşlər təşkil edir və görüş sammitin yaxınlığında baş tutur, amma KİV-ə əvvəldən məlumat verilmir.
Görüşdə ABŞ, Çin, Hindistan kimi ölkələrin kəşfiyyat nümayəndələri işrirak edib. Danışıq tərzi əməkdaşlıq olub, gərginlik yox. Əsəs müzakirə Ukraynadakı müharibə və transmilli cinayətkarlıq olub.