“Tesla” və “Speys X” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ilk trilyonçusu ola iblər.
AzerTimes xəbər verir ki, bu barədə “İnforma Connect Academy” analitik qrupunun hesabatında qeyd olunub.
Qrupun yeni hesabatına görə, İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu olmağa yaxındır. Analitiklər bildirib ki, biznesmenin sərvəti hər il 110 faiz artır.
Bu ada layiq olacaq ikinci şəxs isə “Adani Qrup”un təsisçisi, hindistanlı iş adamı Qautama Adanimim adı çəkilib. Qrupun ekspertləri onun 2028-ci ildə trilyonçu olacağını iddia edirlər.