Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır.
AzerTimes xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
“Hesab edirəm ki, dünyanın iki yerə bölünməsinin qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, – baş katib vurğulayıb.
O eyni zamanda qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişədə birbaşa sülhə nail olmaq üçün perspektiv görmür.
Baş katib həmçinin, Şimali Koreyanın nüvə proqramını tamamilə qəbuledilməz adlandırıb. O, nüvə silahı olmayan bir dünyanın qurulmasını isə mümkün hesab etdiyini bildirib.