Dünyanın ən yüksək meqapikselli smartfonu – Foto

Dünyanın ən yüksək meqapikselli smartfonu – Foto

“Lenovo” şirkətinin “Moto” brendi dünyanın 200 meqapiksellik əsas kameraya malik ilk smartfonunu təqdim edib.

AzerTimes xəbər verir ki, smartfonun önkamerasının təsvir ölçüsü 60 meqapikseldir və 8K-da çəkiliş imkanına malikdir.

4610 mAh batareya tutumu olan cihazın 125 Vt sürətli doldurma dəstəyi və 144Hz yeniləmə sürəti var.

Qeyd edək ki, ABŞ-da Moto X30 Pro-nun 8+128 GB-lıq əsas versiyası 520 dollar, 12+512 GB-lıq isə 640 dollara təklif olunur.

Teqlər: