Perunun paytaxtı Lima şəhərindəki “Central” restoranı “The Vorld’s 50 Best Restaurants Academy” tərəfindən dünyanın ən yaxşı restoranı seçilib.
AzerTimes xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.
Məlumata görə, mükafatlandırma mərasimi İspaniyanın Valensiya şəhərində baş tutub.
İkinci yerə Barselonadakı “Disfrutar”, üçüncü yerə isə Madriddəki “Diverxo” restoranı layiq görülüb.