Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri
Şəbəkəsi 2022-ci il üçün “Dünyanın ən xoşbəxt ölkələri” hesabatını
dərc edib.
Trend xəbər verir ki, qlobal sorğu
məlumatlarından istifadə edilərək müəyyən edilən hesabata görə,
Skandinaviya ölkələri hər il olduğu kimi, bu il də birinci yerdə
qərarlaşıb.
Finlandiya ən xoşbəxt ölkədir. Türkiyə isə 8 pillə geriləyərək
112-ci olub. Hesabata görə, dünyanın ən xoşbəxt 20 ölkəsi
aşağıdakılardır:
1-Finlandiya
2-Danimarka
3-İslandiya
4-İsveçrə
5-Hollandiya
6-Lüksemburq
7-İsveç
8-Norveç
9-İsrail
10-Yeni Zelandiya
11-Avstriya
12-Avstraliya
13-İrlandiya
14-Almaniya
15-Kanada
16-Amerika Birləşmiş Ştatları
17-Böyük Britaniya
18-Çexiya
19-Belçika
20-Fransa