Türkiyədə dünyanın ən uzun asma körpüsünün təməli qoyuldu.
“Dünyanın ən uzun asma körpüsü” adına sahib olacaq “Çanaqqala-1915” körpüsü ilə Malkara-Çanaqqala avtomobil magistralının təməli qoyuldu.
Anadolu agentliyinin verdiyi məlumata görə, təməl qoyma mərasimində Türkiyənin Baş nazir Binali Yıldırım, Baş nazirinin müavini Numan Kurtulmuş,Cənubi Koreya Respublikasının Torpaq, infrastruktur və nəqliyyat naziri Hon Kanq və digərləri iştirak edib.
Xatırladaq ki, körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq.