Dünyanın ən sülhsevər ölkəsi açıqlandı

Dünyanın ən sülhsevər ölkəsi açıqlandı

İqtisadiyyat və Sülh İnstitutu hər il Qlobal Sülh İndeksini (GPI) dərc edir. GPI 163 ölkəni sülhsevərlik səviyyəsinə görə qiymətləndirir və onları ən təhlükəsizlərdən ən təhlükəli olanlara qədər sıralayır. Mütəxəssislər 24 amili nəzərə alırlar, onlardan ən əsası zorakılıq nəticəsində ölüm hallarının sayı, terrorizmin təsiri, nüvə potensialı, sülh şəraiti, sosial təhlükəsizlik, daxili münaqişələr və beynəlxalq əlaqələrdir.

AzerTimes xəbər verir ki, reytinqdə liderliyi artıq birinci il deyil ki, İslandiya qoruyub saxlayır, sülhsevərlik nöqteyi-nəzərdən ən təhlükəli ölkə isə Əfqanıstandır.

İslandiya daxili və xarici münaqişələr nəticəsində ölüm hallarının sayının aşağı səviyyəsi, terror təhlükəsinin əhəmiyyətsiz səviyyəsi və məhbusların olduqca az sayı ilə fərqlənir. GPI reytinqində 2-ci yerdə Danimarkadır, sıralamada ondan sonra İrlandiya, Yeni Zelandiya, Avstriya, Sinqapur, Portuqaliya, Sloveniya, Yaponiya və İsveçrə yer alıblar.

Yeni indeksə əsasən, ən təhlükəli ölkələr onluğuna, həmçinin Yəmən, Suriya, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Rusiya, Ukrayna, Somali, Sudan və İraq daxildir.

2023-cü ilə olan cari reytinq göstərir ki, dünyada vəziyyət yenə də pisləşib. Ötən il ilə müqayisədə bu ilin nəticələri göstərir ki, qlobal sülhün orta səviyyəsi 0,42 faiz pisləşib.

Teqlər: