Keçmiş Britaniya kəşfiyyat zabiti, Soyuq Müharibə dövrünün ən yaxşı agentlərindən biri Georg Bleyk Rusiyada həyatını itirib.
“Hürriyet” xəbər verir ki, 98 yaşında ölən Bleyk 1966-cı ildə həbsxanadan qaçaraq Rusiyaya gedə bilib.
Sovet agenti olaraq çalışan Bleykin verdiyi məlumatlarla Şərqi Avropada vəzifəsini yerinə yetirən 40 MI6 agenti ifşa edilib.
1922-ci ildə Niderlandın Rotterdam şəhərində Georg Behar adı ilə anadan olan Bleykin atası Birinci Dünya Müharibəsində İngiltərə üçün döyüşüb. O, İngiltərə vətəndaşlığı alan ispan yəhudisi olub.
Bleyk özü İkinci Dünya Müharibəsində Niderlanddakı müqavimət hərəkatına qoşulub və daha sonra Cəbbəlütariqə qaçıb. Keçmişinə görə burada ona kəşfiyyat agenti olmaq təklif edilib.
Onun 42 agentin ölümünə səbəb olduğu iddia edilir.
Bleyk ifşa ediləndən sonra məhkəmədə Sovet İttifaqı adından məlumat paylaşdığını etiraf edib.
O, Britaniyada “ən yaşlı xain” adlandırılıb.
www.yenicag.az