Bu gün CocaCola-nın yerli nümayəndəliyi olan “Azərbaycan Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində məlumat paylaşıb.
Sazişə əsasən, dünyanın ən iri şirkətlərindən biri olan Coca-Cola Azərbaycanda öz zavodunu quracaq.
Nazir qeyd edib ki, bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.