Dünyanın ən güclüləri: 2023-də 6 pillə irəlilədik

Dünyanın ən güclüləri: 2023-də 6 pillə irəlilədik

Xəbər verdiyimiz kimi, “Global Firepower” portalı 2023-cü il üçün dünya ordularının reytinq cədvəlini açıqlayıb.

AzerTimes xəbər verir ki, Azərbaycanın da yer aldığı reytinq siyahısında 2022-ci illə müqayisədə mühüm dəyişikliklər qeydə alınıb.

Siyahıda ilk beşlikdə ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya yer alıb.

Ötən il reytinqdə 8-ci olan Böyük Britaniya ordusu Yaponiyanın mövqeyini əlindən alaraq, bu il 5-ci olub. Yaponiya isə bu il 8-ci olmaqla kifayətlənib.

Ötən il 63-cü yerdə olan Azərbaycan ordusu bu il 6 pillə irəliləyərək 57-yə qalxıb. Ermənistan isə 94-cü yerdə qərarlaşıb. Ötən il erməni ordusu 98-ci yerdə idi.

Ötən il 88-ci yerdə qərarlaşan gürcülər bu il 3 pillə irəliləyiblər.

Qardaş Türkiyə dünyanın ən güclü orduları siyahısında ötən illə müqayisədə iki pillə irəliləyərək, 11-ci olub. İran isə 14-ci pillədən 17-yə geriləyib.

Hazırda Rusiya ilə müharibə aparan Ukrayna ordusu siyahıda xeyli irəliləyib. Ötən il 22-ci olan ukraynalılar bu il 15-ci pillədə qərarlaşıblar.

Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.

Teqlər: