Mərakeşdə dünyanın ən dar “Jeep Vrangler” modeli istehsal olunub.
AzerTimes xəbər verir ki, bu barədə Motor.ru nəşri yazıb.
Bildirilib ki, avtomobil altı silindrli mühərriklə idarə olunur.
Avtomobilin eni təxminən bir metrdir. Belə ki, avtomobil uzununa kəsilib, kuzovun və şassinin mərkəzi hissəsi çıxarılıb, sonra qalan hissələri yenidən qaynaqlanıb. Salonunda sürücü və onun arxasında bir sərnişin yerləşə bilər.
Maraqlıdır ki, bu avtomobilə, ölçüsünün kiçik olmasına baxmayaraq, 280 at gücünə malik 3,6 litrlik V6 mühərrikini yerləşdirməyə nail olublar.