Dünyanın ən çox konteyner daşıya bilən gəmisi – Foto

Dünyanın ən çox konteyner daşıya bilən gəmisi – Foto

Çində 20 futluq 24 min konteyner daşıya bilən yük gəmisi “Ever Alot” istismara verilib. Bu, dünyanın ən çox konteyner daşıya bilən gəmisidir.

AzerTimes xəbər verir ki, Şanxaydakı “Hudon-Conhua” gəmiqayırma zavodunda inşa edilmiş 400 metr uzunluğundakı gəmi həm də Çində istehsal olunmuş ilk ultra böyük yük gəmisidir. “Ever Green” dənizçilik şirkətinə məxsus gəminin eni 61,5 metr, göyərtəsinin sahəsi 24 min kvadratmetrdir.

Gəmiqayırma şirkətinin baş meneceri Çen Cun bildirib ki, ölçülərinə görə 22 min konteyner götürən oxşar gəmilərdən fərqlənməyən “Ever Alot”un yükgötürmə qabiliyyəti 10 faiz çoxdur. Hidrokinetik optimallaşdırma texnologiyası sayəsində “Ever Alot”un gündəlik karbon emissiyası 23 min konteyner daşıya bilən gəmilərlə müqayisədə daha azdır.

“Hudon Conhua” şirkəti daha 9 bu tip gəminin inşası üçün sifariş qəbul edib. Onların üçü bu il ərzində sifarişçilərə çatdırılacaq.

Teqlər: